Hadisə

Bakıda qadın ətçəkən mikserə düşərək öldü

Bakıda qadın ətçəkən mikserə düşərək öldü

 

Bakıda qadın ətçəkən mikserə düşərək ölüb.

Tacxeber.com-ın məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində yerləşən sexlərin birində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd olunub ki, fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Tacxeber.com

Oxşar xəbərlər

Qətərdə qaçaqmalçılıq edən azərbaycanlı Xəyal Qayıbov kimdir?

redaktor

Vatikanda Papanın gözü qarşısında İsa Məsihin ikonu yerə düşdü…-FOTO+VİDEO

admin

Tanınmış musiqiçinin oğlunun və anasının faciəvi şəkildə öldüyü qəzanı törədən sürücünün FOTOSU

redaktor