Hadisə

Şəbnəm Tovuzludan “molla rejimi”nə dəstək

Müğənni Şəbnəm Tovuzlunun İran səfəri səs-küysüz ötüşmədi. Bir neçə gün əvvəl qonşu ölkəyə səfər edən xanım müğənni Qum və Məşhəd şəhərlərinə gedərək, ziyarətgahlara baş çəkdi.

 bildirir ki, ifaçı İranda çəkdirdiyi fotoları “İnstagram” hesabında paylaşdıqdan sonra diqqəti öz üzərinə çəkib. Müğənninin qara çarşaba bürünərək kamera qarşısına keçməsi müxtəlif ittihamlara səbəb olub.

Sosial şəbəkə iştirakçıları Şəbnəm Tovuzlunu sərt tənqid ediblər. Onlar İranda qadınların öz azadlıqları uğrunda mübarizəyə başladıqları bir dövrdə xanım müğənninin qara çarşaba bürünərək poz verməsinin siyasi xarakter daşıdığın iddia ediblər. Şəbnəm Tovuzlunun İran səfərindən daha uzağa gedən nəticə çıxaranlarda olub.

Bəzi sosial şəbəkə iştirakçıları Azərbaycanlı müğənninin bu davranışları ilə İrandakı molla rejiminə dəstək verdiyini bildiriblər.

Onların fikrincə, dini mövzularda heç vaxt həssas davranmayan, əksinə, həmişə açıq-saçıq fotoları ilə gündəmə gələn Şəbnəm Tovuzlunu İranda azadlıqlar uğrunda mübarizənin getdiyi bir vaxtda çarşaba bürünməsi siyasi məna daşıyır və birbaşa İran rejiminin maraqlarına xidmət edir. (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər

Əfqanıstanda zəlzələ nəticəsində 500 nəfər vəfat edib.

redaktor

Ağadadaş Ağayevin döyülmə videosu – VİDEO

admin

İlqar Mustafayev dedi ki, işləmək istəyirsənsə, tenderə qoşul – Bulvardakı mənimsəmə ilə bağlı məhkəmə

admin