24 C
Bakı
26 Sentyabr 2025 17:22
Dünya

“Misir Qasımlı adlı axırıncı model qəhrəmanları qanqster, quldur çıxdı”

 

“Özünə dayanmadan qəhrəman axtaran, qəhrəmansız yaşaya bilməyən, kimin barəsindəsə filankəs qardaşınız deyə yazmadığı gün gecə rahat yata bilməyən bir dəstə düşük adam bərk pərtlik içindədir. Ukraynada həbs edilmiş Misir Qasımlı adlı axırıncı model qəhrəmanları qanqster, quldur çıxdı”.

Tacxeber.com xəbər verir ki, bunu yazıçı Günel Mövluddeyib.

G.Mövludun sözlərinə görə, bu bir dəstə adam özünə əl qatmışdı ki, ortada erməni əli var, qazi qardaşımızı şərləyiblər, daha nə bilim, nələr: “İndi Ukrayna məhkəmə sistemi ortaya danılmaz faktlar qoyub. Misirlə yanındakı dəyişik adam İspaniya vətəndaşını soyub, əsir saxlayıb, pulunu mənimsəyib, telefonunu əlindən alıb, bıçaq və tapança ilə hədələyiblər. Özü də bütün bunlar Misirin ilk əməli deyil, adamın adı Rusiya və Ukraynada onlarla pul mənimsəmə, şantaj və digər cinayətlərdə hallanıb. Adam görüb ki, işlərinin üstü açılır, ortaya bir erməni söhbəti atıb ki, qəsb etdikləri adamın yaxından-uzaqdan ermənilərlər heç bir əlaqəsi yoxdu, hərçənd, olsaydı belə, kimisə qəsb etməyə, əsir saxlamağa haqq qazandırmır. Ölkənin qanunları var, dərəbəylik deyil. Bu faktlar ortaya çıxandan sonra bir dəstə düşük, qəhrəmansız yaşaya bilməyən adam bərk pərtlik yaşayır…”

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: “Ukrayna Rusiyanın ölkəmizin enerji sektoruna hücumlarına bundan sonra da zərbələrlə cavab verəcək”

redaktor

“NATO Ukrayna qarşısında çox günahkardır” – Boris Conson

redaktor

300-dən çox İran dronunu vurmuşuq – Zelenski

redaktor