24 C
Bakı
13 Avqust 2025 07:26
Cəmiyyət

Marketdə kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlandı – FOTO

Marketdə kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlanıb.

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.
Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Sadıllı qəs., məh. E-3, sahə 19m ünvanında fəaliyyət göstərən “Nur” marketdə keçirilmiş planlı yoxlama zamanı kərə yağı adı altında bitki tərkibli yağların, həmçinin istifadə müddəti bitmiş qida məhsullarının, mənşəyi məlum olmayan müxtəlif çeşidli turşuların satışının həyata keçirildiyi, həmçinin qida məhsullarının saxlanması zamanı mal qonşuluğu qaydalarının pozulduğu aşkar edilib.
Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. (Bakupost)
Araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Millinin yeni baş məşqçisi ilə bağlı AFFA-dan ŞOK QƏRAR

admin

Paris-2024: Məryəm 35-ci oldu

admin

Tibb inkişaf etsə də, dəbdən düşmürlər – Sınıqçı və çöpçülərə etibar etmək OLARMI?

redaktor