30 C
Bakı
10 Avqust 2025 20:24
Gündəm

Göyçay məscidində insident – Həbs edilən var

Göyçay məscidində insident

Göyçay şəhəri, Rəsul Rza küçəsində yerləşən mərkəzi məsciddə insident baş verib.

Məscidə gələn 1974-cü il təvəllüdlü Zülfüqar Şıxbabayev (şərti ad-soyadlı) məsciddəki möhürləri yerə ataraq söyüş söyməyə, qışqıraraq səs-küy salmağa başlayıb. O, saxlanılaraq polis şöbəsinə aparılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmədə Z.Şıxbabayev heç kimi təhqir etmədiyini deyərək barəsində bildirilənlərin əsassız olduğunu bildirib.

Məscidin nümayəndəsi isə Rəsul Rza küçəsində yaşayan həmin şəxsin məscidə gələrək oradakı möhürləri yerə atdığını və onları söyərək təhqir etdiyini bildirib.

Göyçay Rayon Məhkəməsinin qərarı ilə Z.Şıxbabayevə 25 sutka inzibati həbs cəzası verilib. (Qafqazinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynadan Saakaşvili ilə bağlı çağırış

redaktor

İctimai fəal Cəlal Cavadov polis idarəsində işgəncəyə məruz qaldığını bildirib.

admin

Suriyada rejim əleyhdarları Hələbdən sonra Hama şəhərini də ələ keçirdi.

admin