30 C
Bakı
14 Avqust 2025 14:50
Mədəniyyət

Firəngiz Rəhimbəyovanın qocalar evində yaşayan analığı – Elə bir qadın idi ki… – VİDEO

 

Mərhum müğənni, aktrisa Firəngiz Rəhimbəyovanın analığı Sona Rəhimbəyova “Günaydın, Azərbaycan” proqramına açıqlama verib.

Tacxeber.com axşam.az-a istinadən bildirir ki, o, hazırda qocalar evində yaşadığını bildirib:

“Yoldaşım rəhmətə gedəndən sonra, kirayə qaldım. Sonra bacım dedi ki, səni elə yerə göndərək rahat olasan: nə bişirəsən, nə iş görəsən. 7 ildir burada yaşayıram. Firəngiz dedi ki, gəl, Amerikaya, otaq verək yaşa. Dedim ki, burada doğulmuşam, burada qalacağam.

Onunla sonuncu dəfə avqustda danışmışam. Elə bir qadın idi ki, hamıya yaxşılıq edirdi. Eşitdim ki, rəhmətə gedib, üç gün özümə gələ bilmədim. Onu Amerikada dəfn ediblər. Məzarını ziyarət etmək mənə çətin olar”.

Qeyd edək ki, aktrisa avqustda Amerikada ürəktutmasından vəfat edib.

 

Oxşar xəbərlər

Nazir İlham Qasımova yüksək vəzifə verdi.

admin

“Dedim ki, cənab Prezident, məni bağışlayın, bir az xəstəyəm. Dedi ki, eybi yoxdur”

redaktor

“Bu şeirin Şəhriyara heç bir aidiyyəti yoxdur…” – “Heydərbabaya salam” necə yazıldı? – FOTO

admin