26 C
Bakı
21 İyun 2025 18:59
Hadisə

Bakıda avtomobilini piyadaların üzərinə sürən sürücü cərimələndi – YENİLƏNİB + VİDEO

Baş Dövlət Yol Polis İdarəsindən Bakıda sürücünün avtomobilini piyadaların üzərinə sürməsi hadisəsinə münasibət bildirilib.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, avtomobil sürücüsü İnzibati Xətalar Məcəlləsinin 330.0.1 qaydasını pozduğuna görə cərimələnib.

Nizamlanmayan piyada keçidinə daxil olmuş “Mercedes-Benz E-class” 99-MN-901 nömrəli avtomobilin sürücüsü Elgün Abdullayev Rizvan oğlu qaydanı pozduğuna görə 50 manat cərimə olunub.

Bakıda sürücü avtomobilini piyadaların üzərinə sürüb.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, “Mercedes-Benz E-class” markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini piyada keçidindən keçən insanların üzərinə sürüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Həmin görüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər

Priqojinin öldüyü təyyarədə stüardessanın telefon danışığı diqqət çəkdi

redaktor

Keçmiş nazirdən Vasif Talıbovun oğluna ittiham: “3 milyon 120 mini şəxsən Seymur Talıbova verdim”

admin

Qurban Qurbanov Zirə məğlubiyyətinə belə şərh verdi

admin