30 C
Bakı
09 Avqust 2025 18:24
Dünya

2023-cü ildə İranı dərinləşən daxili böhran gözləyir

 

2023-cü ildə İran hakimiyyəti dərinləşən daxili böhranla üzləşəcək.

“Euractiv” portalının müşahidəçilərinin fikrincə, respublika elə bir dövrə qədəm qoyub ki, bu etirazların davamını vəd edir.

Analitiklərin dediyinə görə, 2023-cü ildə İranı daha çox etirazlara səbəb olacaq inqilabi proseslər gözləyir və tərəflərdən heç biri geri çəkilməyəcək.

Ekspertlərin fikrincə, İranın ali lideri Əli Xamenei respublikanın hicab kimi ideoloji sütunlarından biri məsələsində kompromislərin onun rejiminin çöküşünə səbəb olacağına inandığından, hakimiyyət repressiyaları ikiqat artıracaq.

Qeyd olunur ki, belə bir şəraitdə təkcə nümayişlər deyil, polislə toqquşmalar fonunda qadın hüquqları uğrunda mitinqlər və iğtişaşlar da davam edəcək.

Eyni zamanda, “Euractiv” bu vəziyyətin Qərb dövlətlərinə Tehrana təzyiqləri artırmağa imkan verəcəyini bildirir. (ovqat)

Tacxeber.com

Oxşar xəbərlər

TFF binasına silahlı HÜCUM: 7 dəfə atəş açıldı – YENİLƏNİB

redaktor

Rusiya çarəsiz qaldı: “Vaqner”i Kurska göndərir – Təcili

admin

İsrail ordusu “Hizbullah”ın aparıcı şəxslərindən birini zərərsizləşdirdi

redaktor