Dünya

Rusiyanın 9 PUA-sı vuruldu

Rusiyanın 9 PUA-sı vuruldu

 

“Son sutkada Rusiyanın 9 PUA-sı vurulub”.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.

Bildirilib ki, qarşı tərəf itkilər verməkdə davam edir:

“Düşmənin 70-dən çox hərbçisi yaralanıb. Məhv edilənlərin sayı dəqiqləşdirilir. Ukrayna aviasiyası gün ərzində şəxsi heyətin cəmləşdiyi ərazilərə və zenit-raket komplekslərinə 13 zərbə endirib”.

Həmçinin bildirilib ki, Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri 2 idarəetmə məntəqəsini, 2 sursat anbarını və Rusiya Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi 11 ərazini vurub.

Tacxeber.com

Oxşar xəbərlər

Putin BƏƏ və Səudiyyə Ərəbistanına səfər EDƏCƏK

admin

“Flamenqo” rəsmisi “Qarabağ”lı ilə bağlı suala belə cavab verdi

admin

“HƏMAS”-ın qanlı hücumunun əsas təşkilatçısının qardaşı öldürüldü…-Özü isə…

admin