Gündəmİdman

Qızı Pelenin xəstəxanadan yeni fotosunu paylaşdı: “Birlikdə daha bir gecə…” – FOTO

Əfsanəvi braziliyalı futbolçu Pelenin xəstəxanadan yeni fotosu paylaşılıb.

Futbolçunun qızı Keli Nasimento öz “Instagram” hesabında bununla bağlı paylaşım edib.

O, atasını qucaqlayarkən çəkdirdiyi fotonu dərc edib.

“Hələ də buradayıq, mübarizə aparırıq və inamımız var… Birlikdə daha bir gecə…” – deyə Keli fotoya şərh verib.

Ötən ilin noyabr ayından xərçəng xəstəliyindən xəstəxanada müalicə alan 82 yaşlı Pelenin xəstəliyinin irəlilədiyi, bütün bədəninə yayıldığı, böyrək və ürək funksiyasının pozulmasına səbəb olduğu bildirilib. (Oxu)

Tacxeber.com

Oxşar xəbərlər

“Xəzər Lənkəran”a getdiyim üçün oğlumu SOCAR-dan işdən çıxardılar” Ağasəlim Mircavadov

admin

Xocalıda qanunsuz fəaliyyət göstərən “Vallex“ şirkəti kimə məxsusdur? – Araşdırma

admin

Ərdoğandan Putinin G20-yə getməməsinə reaksiya

redaktor