21 C
Bakı
23 İyun 2025 01:28
Gündəm

Volkov Qarabağdan qaçıb? – Ermənilər onu Xankəndidə də tapmırlar…

Deyəsən, Qarabağdakı hayklar da Rusiya “sülhməramlı” kontingentinin komandanı, general Andrey Volkovu axtarışa verib.

Tacxəbər xəbər verir ki, bunu erməni teleqram-kanallarında yazılanlar da təsdiqləyir.

“Blokadanın ikinci həftəsi başa çatır, Stepanakertdə( Xankəndi-S.L.) Artsaxdakı(Qarabağ- S.L.) RSK-nın komandiri Andrey Volkovun harada oturduğunu heç kim bilmir?

Nə qədər ki, xalqda belə passivlik var, heç bir qərar xalqımızın xeyrinə olmayacaq…

On minlərlə insan Volkovun yanına gedib yolun təcili açılmasını tələb etməlidir. Və tələblər yerinə yetirilənə qədər oranı tərk etməyin. İndi ümummilli mitinq üçün daha tutarlı səbəb var”.

P.S. Bəs görəsən, RSK komandanı haradadır? Deyilənə görə, o, Xankəndindən Şuşanın Böyük Qaladərəsi kəndi yaxınlığına çıxan gizli tunellə qaçıb aradan çıxıb… Özü də Putin onu vəzifəsindən azad edib… Amma o da var ki, Qarabağdakı qızıl məsələsini həll etməmiş qaçmaz axı… (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər

Hədisin doğruluğunu sübut etmək üçün zəhər içib öldü – FOTO

redaktor

Türkiyə Ermənistanın köməyini qəbul edəcəkmi? – Deputatdan cavab

redaktor

“Biri uşağını atıb Bakıya gəlir, biri 3 dəfə ərdə olub yenə ərə getmək istəyir” – Aqil Abbas

redaktor