11 C
Bakı
29 Mart 2026 07:34
Hadisə

Tofiq Yaqublu həbs olundu – RƏSMİ AÇIQLAMA

 

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu inzibati qaydada həbs olunub.

Tacxəbər xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya məlumat verib.

“Bu gün bir qrup şəxs tərəfindən Səbail rayonu ərazisində yerləşən Fəvvarələr meydanında müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiyaya cəhd göstərilib.

Polis tərəfindən aksiyanın qarşısı alınıb və iştirakçılar ərazidən kənarlaşdırıblar.

Onlardan yalnız bir nəfər, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Yaqublu Tofiq Rəşid oğlu saxlanılaraq barəsində İXM-in müvafiq maddələri ilə protokol tərtib edilib və rayon məhkəməsinə göndərilib. Rayon məhkəməsinin qərarı ilə o, 30 sutka müddətinə inzibati qaydada həbs edilib”, – o bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur aktyorun anası niyə özünü ağacdan asdı?

redaktor

Türkiyədə zəlzələdən 215 gün sonra dağıntılar altından cəsəd tapıldı

redaktor

Duqinə qarşı terror: partlayışda qızı həlak oldu – Video

redaktor