12 C
Bakı
28 Mart 2026 01:27
Dünya

Roqozinin vəziyyəti ağırdır, Moskvaya köçürülür

 

“Roskosmos”un keçmiş baş direktoru, “Çar canavarları” qrupunun hərbi müşavirlərinin rəhbəri Dmitri Roqozin Moskvaya köçürüləcək.

Tacxeber TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun köməkçisi məlumat verib.

“Hələ ki Dmitri Oleqoviç əməliyyat olunmayıb. Donetsk və Rostovdakı həkimlər mürəkkəbliyini nəzərə alaraq, əməliyyat keçirməyə qərar verməyiblər. Moskvaya aparıldıqdan sonra lazımi tibbi yardımın göstərilməsinə həkimlər şurası qərar verəcək”, – köməkçi bildirib.

Qeyd edək ki, dünən gecə saatlarında Ukrayna ordusu Donetskdə “Roskosmos”un keçmiş direktoru Dmitri Roqozinin olduğu “Şeş beş” restoranını vurub. Nəticədə 2 nəfər ölüb, Roqozin də daxil olmaqla, 7 nəfər yaralanıb.

Roqozin orada ad gününü qeyd edirmiş.  (axar)

Tacxeber.com

Oxşar xəbərlər

6 fevral zəlzələsində qaçan podratçı saxlanıldı – VİDEO

redaktor

“Bayden Putini ruhlandırır, Şolts kimi “əsəbi zəif olanları” qorxudur” – “The Economist”

redaktor

Daha bir müharibə başlayır? – Kim Çen Indən mühüm açıqlama

redaktor