Dünya

Roqozinin vəziyyəti ağırdır, Moskvaya köçürülür

 

“Roskosmos”un keçmiş baş direktoru, “Çar canavarları” qrupunun hərbi müşavirlərinin rəhbəri Dmitri Roqozin Moskvaya köçürüləcək.

Tacxeber TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun köməkçisi məlumat verib.

“Hələ ki Dmitri Oleqoviç əməliyyat olunmayıb. Donetsk və Rostovdakı həkimlər mürəkkəbliyini nəzərə alaraq, əməliyyat keçirməyə qərar verməyiblər. Moskvaya aparıldıqdan sonra lazımi tibbi yardımın göstərilməsinə həkimlər şurası qərar verəcək”, – köməkçi bildirib.

Qeyd edək ki, dünən gecə saatlarında Ukrayna ordusu Donetskdə “Roskosmos”un keçmiş direktoru Dmitri Roqozinin olduğu “Şeş beş” restoranını vurub. Nəticədə 2 nəfər ölüb, Roqozin də daxil olmaqla, 7 nəfər yaralanıb.

Roqozin orada ad gününü qeyd edirmiş.  (axar)

Tacxeber.com

Oxşar xəbərlər

Ölüm olan klinikada yoxlama aparıldı – Həkim qanunsuz işləyirmiş

redaktor

Moskvada ticarət mərkəzi boşaldıldı

admin

Türkiyədə 100-dən çox deputat xəstəxanaya yerləşdirildi – Nə baş verir?

redaktor