24 C
Bakı
23 İyun 2025 20:33
Siyasət

Ceyhun Bayramov: “Ruben Vardanyanın fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır”

Ceyhun Bayramov: “Ruben Vardanyanın fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır”

 

“Milyarder Ruben Vardanyanın fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır”.

Tacxeber.com-ın xəbərinə  görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, regionda məskunlaşmış Vardanyanın fəaliyyəti avantürist xarakter daşıyır: “O, regionu nə qədər tez tərk etsə, hamı üçün bir o qədər yaxşı olar. Çünki bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Belə ki, bu, yerli əhalinin reinteqrasiya prosesinə mane olur”.

XİN başçısı bütün maraqlı tərəfləri regionda yaşayan erməni əhalisinin reinteqrasiyası prosesinə töhfə verməyə çağırıb.

C.Bayramov Azərbaycan tərəfinin bu istiqamətdə addımlar atdığını və bu addımları gələcəkdə də davam etdirməyə hazır olduğunu söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər

96 konqresmen Bayden administrasiyasını Bakıya sanksiyalara çağırır

admin

“Sülhməramlıların məsuliyyət zonasında da gərginlik var” – Paşinyan

redaktor

Rusiya XİN Ukrayna ilə sülh üçün şərtləri açıqladı

admin