16 C
Bakı
27 Sentyabr 2025 00:42
İqtisadiyyat

Ölkədəki tərəvəzdə virus aşkarlandı

Ölkədəki tərəvəzdə virus aşkarlandı

 

İrandan Azərbaycana gətirilən bibər məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb.

Bu barədə məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilib.

Qeyd olunub ki, əzarət tədbirləri çərçivəsində İrandan hüquqi şəxs “Aqro Laym” MMC tərəfindən idxal olunan 25 452 kq və “Albalı A Fruit” MMC tərəfindən idxal olunan 8 472 kq bibər məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən orqanizm (“Tomato brown rugose fruit virus” – pomidor meyvələrinin qonur qırışıqlıq virusu) aşkar olunub.

Agentlik tərəfindən istifadəyə yararsız bibər məhsulu partiyalarının məhv edilməsi barədə qərar qəbul edilib.

Tacxeber.com

Oxşar xəbərlər

İnternetdə ədalətsizlik: 5-10 min maaş alan da, 320 manat pensiya alan da eyni 25 manatı ödəyir.

admin

“Bank of Georgia” Vardanyanın bankını alacaq – Ermənistan MB ilkin razılıq verdi.

admin

Əsgərovların bankının qazancı azalır – Mərkəzi Banka borcu 2 dəfə artıb

redaktor