26 C
Bakı
11 Avqust 2025 02:22
Şou

Niyam: “Vermeşil yeyən insan sənə necə qulluq edə bilər ?!“

 

“Mən də fəhlə olmuşam. İstəmişəm ki, axşam kimsə məni metroya qədər aparıb, düşürtsün. Əziyyət çəkmişəm. Yuxu üçün ölmüşəm. Yenə səhər tezdən durub işə getmişəm”.

Tacxeber bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Niyam Salami “Şou xəbər” verilişinə müsahibəsində deyib.

Sənətçi bəzi sahibkarların işçilərinə “yuxarıdan aşağı” baxmasına üsyan edib:

“Əsəb keçirmişəm. Vermeşil yeyən insan sənə necə qulluq edə bilər, necə ayaq üstə qalıb, işləyə bilər? İşçiyə yuxarıdan aşağı baxmaq olmaz! Qab yuyana necə 15 manat pul vermək olar? Belə çıxır ki, fəhlənin hesabına milyonçu olmaq istəyirsən. Amma fəhləni işlədib, ona pul vermək istəmirsən. Sultan Süleymana qalmayan dünya, kimə qalacaq?”

Qeyd edək ki, Niyam Salaminin Bakı ətrafında böyük restoranı var.

Tacxeber.com

Oxşar xəbərlər

Cavanşir Məmmədovdan ŞOK açıqlama: “Aygün Kazımovanın fəxri adını, evini əlindən alsınlar…”

redaktor

Afətdən atmaca: “Vəfaya deyin, “kocişini” göstərsin, əsəbiləşirəm”

redaktor

“Geyimlərimi kasıb qohumlarıma verirəm”

admin