15 C
Bakı
29 Mart 2026 15:38
Gündəmİdman

“Lobanovski Şevçenkonu 7 milyona satmadı ” – Aqil Abbas

Lobanovski Şevçenkonu 7 milyona satmadı 

 

(Dostum Qurban Qurbanovun diqqətinə)

İtalyanlar (“Milan”) «Dinamo» Kiyevin  oyunçusu Şevçenkoya 7 milyon pul təklif etdilər, Lobanovski satmadı. Sonra qiyməti 9 milyona, daha sonra 11 milyona, 15 milyona, 18 milyona və daha sonra 24 milyona qaldırdılar. Təxminən 6 ay müddətində Şevçenkonun qiyməti 7 milyondan 24 milyona qalxdı. Sonra Lobanovski 24 milyon qarşılığında Şevçenkonu buraxdı.

Yeri gəlmişkən, Hakan Şükürə İtaliya klubu 3 milyon təklif edən kimi satdılar. Halbuki Hakan Şükür Şevçenkodan zəif oyunçu deyildi.

İndi qəzetələrdə oxuyuram ki, «Qarabağ»ın bombardiri Musa Qurbanlını Polşa klubu almaq istəyir, özü də su qiymətinə – 350 min avroya.

Musanın yeni parlayan dövrüdü, sabahın Şevçenkosudu, Zavarovudu, Hakan Şükürüdü.

Qurban qardaşım, nə badə razı olasan.

Bir də ki Musa kimi bir futbolçunu, bir oğulu hələ başqa komandaya satmaq çox tezdi. Bir il keçər, qiyməti on dəfə artar. Özü də məşhur klublar istəyər, day Polşanın hər hansı «Səbail» kimi klubu yox.

Aqil Abbas

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyalı politoloqdan şok: Paşinyana satqın deyirlər, amma…

redaktor

“Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü türk dünyasının tarixi uğurudur”

redaktor

Rövnəq Abdullayev: “De Byazinin qalmasını elə adam xahiş etdi ki…”

admin