11 C
Bakı
30 Mart 2026 03:01
Hadisə

İraqın Kərkük şəhərində bombalı hücum: 3 əsgər ölüb, 2 əsgər yaralanıb

İraqın Kərkük şəhərində bombalı hücum: 3 əsgər ölüb, 2 əsgər yaralanıb

 

İraqın Kərkük şəhərində İraq ordusunu hədəf alan bombalı hücum həyata keçirilib. Hücumda 3 əsgər həyatını itirib, 2 əsgər isə yaralanıb. Hücumdan sonra bölgədə əməliyyat başladılıb.

Tacxeber.com”HaberGlobal”a istinadən xəbər verir ki, İraqda təhlükəsizlik qüvvələrinə qarşı bombalı hücumlar davam edir. Kərkükün cənub-qərbindəki “Havice” rayonunun Zap bölgəsində İraq ordusuna aid hərbi maşının keçişi zamanı yola qoyulan bombanın partlaması nəticəsində 3 əsgər həyatını itirib, 2 əsgər isə yaralanıb.

Hücumdan sonra bölgədə əməliyyat başlasa da, yaralı əsgərlər ətrafdakı xəstəxanalara aparılıb.

Ötən günlərdə Kərkükün “Havice” rayonunda da oxşar hücumda 9 əsgər həyatını itirib.

Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Tacxeber.com

Oxşar xəbərlər

Artıq İran üçün uğurlu senari yoxdur

admin

Azərbaycanda axund faciəvi şəkildə öldü.

admin

52 yaşlı deputat arı sancmasından dünyasını dəyişdi

redaktor