Cəmiyyət

Vəkil: Bəxtiyar Hacıyevin səhhəti ağırlaşıb

Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin növbəti məhkəmə prosesi keçirilib.

Bəxtiyar Hacıyevin vəkili Aqil Layıcın onun ev dustaqlığına buraxılması üçün verdiyi vəsatət təmin olunmayıb. Hacıyevin digər vəkili Şəhla Hümbətova Toplum TV-yə açıqlamasında ictimai fəalın səhhətinin ağırlaşdığını deyib.

Bəxtiyar Hacıyev barəsində dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, cinayət məcəlləsinin xuliqanlıq və məhkəməyə hörmətsizlik maddələri ilə ittiham olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Perinatal Mərkəzdəki faciədən 7 ay əvvəl də yanğın olub – Gizlədibmişlər

redaktor

Paytaxtın mərkəzində TƏHLÜKƏ: Binadan beton parçaları hər an qopub düşə bilər

redaktor

17 yaşlı qız 50 yaşlı kişiyə ərə verilir – VİDEO Yenilənib

redaktor