24 C
Bakı
22 İyun 2025 10:04
Siyasət

Sunak elan etdi: İrana qarşı sərt siyasət başlayır

 

Böyük Britaniya hökuməti İranın düşmən fəaliyyəti ilə mübarizəyə getdikcə daha çox vaxt ayıracaq.

Tacxeber.com xəbər verir ki, bu sözləri Böyük Britaniya Baş naziri Rişi Sunak deyib.

O bildirib ki, Tehranın iranlı etirazçılara münasibəti, nüvə proqramı və regionda sabitliyi pozacaq digər addımları onu narahat edir:

“Rusiya və Ukrayna yeni ilin əvvəlində bizim bir nömrəli xarici siyasət problemimiz olaraq qalsa da, məni daha çox İranın davranışıları narahat edir. Ona görə də düşünürəm ki, gələcəkdə buna daha çox vaxt sərf etməliyik”.

Baş nazir həmçinin onun rəhbərlik etdiyi Britaniya hökumətinin Çinə münasibətini yumşaltması ilə bağlı iddiaları rədd edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Abzas Media” işi üzrə həbs edilənlərin ailələri ilə görüşünə və telefon danışığına qadağa qoyulub.

admin

Vüqar Rəhimzadə: Ermənistanın təxribatları və cinayətləri cəzasız qalmamalıdır

redaktor

Erməni deputat: Azərbaycanla sülhü ikiəlli dəstəkləyirəm

redaktor