27 C
Bakı
10 Avqust 2025 00:43
CəmiyyətGündəm

Məhşur FHN polkovnikinin məhkəməsi: Özünü təqsirli saymır

Məhşur FHN polkovnikinin məhkəməsi: Özünü təqsirli saymır

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Tacxeber.comxəbər verir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Zaur Mirzəyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Prosesdə zərərçəkmişlər və şahid qismində dəvət olunan şəxslər də iştirak ediblər.

Zərərçəkmiş qadınlardan biri qısa ifadə verib.

Məhkəmənin növbəti iclası 2023-cü ilin yanvar ayında keçiriləcək.

Qeyd edək ki, Z.Mirzəyev bu ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.

Tacxeber.com

Oxşar xəbərlər

Dəniz kənarından körpə meyiti tapıldı

admin

Qardaşı Zaqatalada itən turisti tapana 10 milyon VƏD ETDİ – Və şərtlərini açıqladı.

admin

Baba Vəziroğlu: “Bakıda bəzi yerlərdə kəndçilik qalır…”

redaktor