24 C
Bakı
13 Avqust 2025 23:32
Siyasət

“Həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir” – Prezident

"Həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir" - Prezident

 

“Həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir”.

Tacxeber.comxəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.

“Bir ay bundan əvvəl Prezident Vuçiçin dəvəti ilə mən Serbiyada rəsmi səfərdə olmuşam. Fürsətdən istifadə edərək mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, təəssüratlarımı bölüşmək istəyirəm. Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada olan vəziyyət, gedən inkişaf məni çox təsirləndirdi. Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiya hərtərəfli inkişaf edir, həm şəhərsalma sahəsində, eyni zamanda, iqtisadi və sənaye inkişafı sahəsində, kənd təsərrüfatı sahəsində. Bu, bizim gələcək əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Çünki həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir”, – dövlət başçısı bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada miqrantlar hərbi müqavilə imzalamaq üçün ac saxlanılır və döyülür…-“ISW”

admin

Rusiya efirində Qarabağ mövzusu: gözlənilməz çıxış – VİDEO

redaktor

Vəkil: “Hökumət mart ayından Avropa Məhkəməsinin qərarlarını icra etmir”

admin