25 C
Bakı
10 Avqust 2025 22:32
Təhsil

Emin Əmrullayev: “Əldə olan alətlərlə beynəlxalq rəqabətə davam gətirəcək kadr hazırlamaq real deyil”

“Məşğulluğa təhsilin təsiri məsələsində baza bacarıqları və savadlılığı önəmlidir. Misal olaraq, insanın oxuyub-anlama bacarığı yoxdursa, yaxud sadə riyazi hesablamaları, təbiət elmlərində baza savadlılığı zəifdirsə, ondan İT mütəxəssisi hazırlamaq qeyri-mümkündür”.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, kütləvi təhsil keyfiyyətini bağça yaşlarında baza savadlılığı səviyyəsində təmin etmək lazımdır:

“Həm peşə, həm də ali təhsildə əhatəliliyi artırmağa çalışırıq. Bu proses kəmiyyət baxımından yüksək səviyyədə gedir. Burada qısamüddətli kursların, pəşəyönümlü təlimlərin də müəyyən qədər faydası var. 6 ay müddətində müəyyən bazası olan şəxsdən xidmət sahəsində məhsuldarlığı yuxarı olan əməkdaş hazırlamaq olar”.

“Əldə olan alətlərlə beynəlxalq rəqabətə davam gətirəcək kadr hazırlamaq real deyil”,- deyə nazir qeyd edib. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

İlhamə Abdullayeva üçün yolun sonu göründü: yarım milyonluq yeyinti, 26 vəzifəli şəxsin cəzalandırılması…

redaktor

29 illik əvəzolunmaz: 70 yaşlı Abbaszadə yola salınır

redaktor

Elmi araşdırmalarda dünyanın dünyanın qabaqcıl ölkələri. Çin hər zaman 1-ci sırada olan ABŞ-ı yerindən edib “taxtına” oturdu.

admin