Dünya

Əfqanıstanda universitetlərdə tələbə qızlar üçün dərslər dayandırılıb

Əfqanıstanda universitetlərdə tələbə qızlar üçün dərslər dayandırılıb

 

Əfqanıstanda “Taliban” höküməti ölkə universitetlərindən növbəti xəbərdarlığa qədər tələbə qızlar üçün dərslərin dayandırılmasını tələb edib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Ariana News” telekanalı məlumat yayıb.

Ölkənin Nazirlər Kabinetinin qərarına əsasən, qızlar üçün dərslər növbəti bildirişə qədər dərhal dayandırılmalıdır.

Bundan əvvəl noyabrın 10-da qadınların Əfqanıstan paytaxtında ictimai parklara, noyabrın 25-də isə kişilərin müşayiəti olmadan tibb müəssisələrinə girişinə qadağa qoyulub.

Tacxeber.com

Oxşar xəbərlər

“Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək” – Bill Qeyts

redaktor

Avropa Ukraynaya yardımı azaldıb

redaktor

“Azərbaycan və Ermənistan 250 ildən sonra yaranmış bu tarixi fürsəti dəyərləndirməlidir” Qulu Məmmədli

admin