18 C
Bakı
21 Oktyabr 2026 00:24
Gündəm

Laçın yoluna nəzarət edirik – Şübhəli yüklərin keçidinə imkan verilmədi

 

Xankəndi yolunda keçirilən aksiyada iştirakçılar “humanitar yardım” adı altında qanunsuz daşımaların qarşısını alıb.


Tacxeber.com xəbər verir ki, humanitar yüklərin daşınmasında indiyə qədər heç bir problem yaşanmayıb. Lakin “humanitar yardım” apardığını iddia edən beş yük maşınında yoxlama aparılmasına şərait yaradılmadığı üçün həmin avtomobillərin keçidinə icazə verilməyib. Ermənistan rəsmiləri bunu əsas gətirərək, azərbaycanlı fəalların Laçın yolunda “gömrük postu” qurduğunu iddia etsələr də, reallıq başqadır və bu reallıq bir sıra məqamları da önə çıxarır.

Birincisi, Qarabağa hələ də qanunsuz yüklərin daşınmasına cəhdlər edilir: aksiyanın ilk günlərindən belə daşımalar dayandırılsa da, görünür, iştirakçıların humanist davranışından sui-istifadə etmək istəyiblər və istisna deyil ki, yoxlamağa imkan verilməyən yük maşınlarında silah-sursat olub;

İkincisi, qanunsuz daşımaların qarşısını almağa hesablanmış bu yoxlamalar Azərbaycan xalqının Laçın yoluna nəzarətinin praktiki addımıdır və proseslərin inkişafı yolda rəsmi şəkildə gömrük-buraxılış məntəqəsinin qurulmasına doğru gedir.

Tacxeber.com

Oxşar xəbərlər

Forbes: “Hicab və İsrail məsələsi Türkiyə ilə Azərbaycan arasında gərginlik yaradıb”

admin

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor