24 C
Bakı
13 Avqust 2025 06:44
Dünya

Bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılır – SİYAHI

Bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılır – SİYAHI

 

2023-cü il yanvar ayının 1-dən etibarən bir sıra tibb müəssisələr TƏBİB-in tabeliyindən çıxarılacaq.

Tacxeber.com xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB-Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.

O xatırladıb ki, TƏBİB-in tabeliyindən çıxarılacaq tibb müəssisələri aşağıdakılardır:

Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər sülhməramlılardan Azərbaycan əsgərinə atəş açmağı TƏLƏB EDİR

redaktor

Gürcüstan prezidenti xalqa müraciət edəcək

admin

Rusiyanın 3 hərbi bazası və silah anbarları VURULDU

redaktor