Hadisə

Bakıda fəhlə işləyən Türkiyə vətəndaşı öldü

Bakıda fəhlə işləyən Türkiyə vətəndaşı öldü

 

Bakıda fəhlə işləyən Türkiyə vətəndaşı yıxılaraq ölüb.

Bu barədə məlumat Yasamal rayon prokurorluğundan bildirilib.

Belə ki, dekabrın 20-i saat 15 radələrində Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında fəhlə işləyən Türkiyə Respublikasının vətəndaşı Yusuf Yıldızın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Yusuf Yıldız binanın 2-ci mərtəbəsində aparılan təmir-tikinti işləri zamanı yıxılıb və nəticədə almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Paytaxtın mərkəzində neft ərazisində qanunsuz tikili aparan kimlərdir? – VİDEO

admin

Malatyada xilasedicilər 4 azərbaycanlı tələbəni dağıntılar altından çıxardı

redaktor

“Dustaqları üstümüzə qaldırmaq üçün təcridxananın suyunu kəsiblər”.

admin