Gündəmİdman

Messi qol vurarkən meydanda 13 argentinalı olub – FOTO

 

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin dünən baş tutan finalında qol vurarkən meydanda 13 komanda yoldaşı olub.

Epizod görüşün 108-ci dəqiqəsində qeydə alınıb.

Cənubi amerikalı superulduz rəqib qapısını nişan alarkən ehtiyatda olan iki argentinalı meydana girib və top qapı xəttini keçdiyi anda onların hər ikisi qazon üzərində olub. Bu qol 35 yaşlı Leonun komandasını hesabda önə keçirib.

Xatırladaq ki, 90 dəqiqəsi 2:2 hesabı ilə bitən finalın əlavə vaxtında tərəflər hərəyə 1 dəfə fərqlənib. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən Argentina Fransanı yenərək tarixində 3-cü dəfə dünya çempionu adını qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı bu hərəkəti ilə Rusiyada günün qəhrəmanı oldu – FOTO

admin

“Oyunumuzu yaxşılaşdırmalıyıq.” – Roman Qriqorçuk

admin

Gündə 1 dəfə bu qarışımı içməklə revmatizmadan xilas olun

redaktor