12 C
Bakı
28 Mart 2026 18:33
İdman

Messi ilə anasının duyğulu anları… – Video

Messi ilə anasının duyğulu anları...

Dünya Çempionatının finalında Fransa yığmasını məğlub edən Argentinanın hücumçusu Lionel Messinin anası ilə qələbəni qeyd etdikləri anın görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, futbolçunun anası Seliya Mariya Kuççittini meydançaya qaçaraq oğlunu qucaqlayıb və ağlayıb. Həmin görüntülər sosial şəbəkələrdə maraqla qarşılanaraq paylaşılıb.

Qeyd edək ki, Qətərdə keçirilən Dünya Çempionatında Argentina millisi Fransa yığmasını penaltilərlə məğlub edib və tarixində 3-cü dəfə dünya çempionu olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rövnəq Abdullayev yenə fikrini dəyişdi, baş katib buradan uzaqlaşmaq məcburiyyətində qaldı

admin

“Yallı” oynaya bilməyənlər…

admin

“Neftçi”nin yeni baş məşqçisi kimdir?

admin