12 C
Bakı
28 Mart 2026 04:43
Gündəm

Kəmaləddin Heydərov: “Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq”

 

Bu gün sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyinin binasında xınayaxdı mərasiminin keçirilməsinə dair görüntülər yayılıb.

TNS xəbər verir ki, məsələ ilə bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Unikal”a açıqlama verib:

“Bu, şəhid ailəsinin qızının məclisdir. Burada nə var ki? Məgər burada içki, söyüş var? Hansı kollektivdə ad günü keçirmirlər? Burada nə problem var axı? Tərbiyəsiz hal var ki?

Ölkədə hər yerdə ad günü, nişan, xına mərasimləri keçirilir. Gəlib öz kiçik kollektivləri ilə qeyd edirlər də. Pandemiya olduğu üçün hamını dəvət etməyə imkan yoxdur. Burada artıq heç bir şey yoxdur. Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq”, – nazir qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

İcra başçısı tanınmış aparıcı ilə evlənir

redaktor

Silah, ya xiyar? Kremlin müharibə iqtisadiyyatı 4 il sonra

admin

Xoşbəxtlik reytinqində geridə qalmağın səbəbi nədir?

redaktor