12 C
Bakı
27 Mart 2026 01:36
İdman

FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

 

Bakı İdman Sarayında kikboksinq üzrə yeniyetmə, gənclər və böyüklər arasında Azərbaycan Kuboku yarışı keçirilib.

Tacxeber.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yarış 2023-cü il üçün milli komandaların heyətini müəyyənləşdirmək üçün təşkil olunub.

Yarışda Fövqəladə Hallar Nazirliyi Akademiyasının “Yanğın təhülkəsizliyi” fakültəsinin IV kurs kursantı İlqar Zeynallı da öz gücünü sınayıb. 81 kq çəki dərəcəsində “ful kontakt” növü üzrə mübarizə aparan İlqar Zeynallı Azərbaycan Kuboku yarışının qalibi olub.

Qalib idmançı ilə görüşən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev idmançı-kursantı təbrik edib, ona gələcək yarışlarda uğurlar arzulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Naxçıvan stadionu ilə bağlı müsbət xəbər

admin

Rövnəq Abdullayevin səhhəti PİSLƏŞDİ

redaktor

Əfsanəvi Mayk Tayson açıq etiraf etdi: “Mən şöhrət düşkünüyəm”

redaktor