İdman

Argentinaya veriləcək pul mükafatı bəlli oldu

Argentinaya veriləcək pul mükafatı bəlli oldu

 

Dünya çempionatının qalibi olan komanda – Argentina 42 milyon dollar pul mükafatı qazanacaq.

Tacxeber.com xəbər verir ki, bu məbləğin böyük hissəsini futbolçuların alacağı qeyd olunub.

İkinci yeri tutan komandaya – Fransaya isə 30 milyon dollar veriləcək.

Bürünc medalları qazanan Xorvatiya komandası 27 milyon dollar pul mükafatı alacaq. Dördüncü yerdə qalan Mərakeş yığması isə 25 milyon dollarla kifayətlənəcək.

Qeyd edək ki, DÇ-nin final görüşündə Argentina və Fransa komandaları üz-üzə gəlib.

Əsas və əlavə vaxtı bərabərliklə (3:3) bitən oyunda qalib penaltilərdə daha dəqiq oynayan Argentina (4:2) olub.

Tacxeber.com

Oxşar xəbərlər

O, təkbaçına millisini çempion etdi

admin

DÇ-2026-da günün oyunları – Meksika 1/8 finalda

admin

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor