İdman

Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

 

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Real Madrid”ə qayıtmaq istəyir.

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Tomas Qonzales məlumat yayıb.

Mənbənin sözlərinə görə, Madrid klubuna qayıtmaq üçün 37 yaşlı hücumçu minimum əməkhaqqına belə razıdır.

Xatırladaq ki, daha öncə forvardın “Real Madrid”in bazasında məşq etdiyi bildirilmişdi.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009 – 2018-ci illərdə “Real Madrid”inin şərəfini qoruyub. Təcrübəli futbolçunun son klubu isə İngiltərə “Mançester Yunayted”i olub. O, Qətərdə keçirilən dünya çempionatının startından öncə “qırmızı şeytanlar”la yollarını ayırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Sinan Oğan Türkiyə Superkubokunun Xankəndidə keçirilməsini təklif edib

redaktor

Türkiyədə daha bir hakimi döydülər.

admin

Qurban Qurbanov sabahkı oyunla bağlı narahat olduğu məqamı açıqladı

redaktor