26 C
Bakı
21 İyun 2025 17:02
Dünya

MDBMİ Aleksandrovu Azərbaycana qarşı təxribatçı bəyanatlarına görə vəzifəsindən azad edib

MDBMİ Aleksandrovu Azərbaycana qarşı təxribatçı bəyanatlarına görə vəzifəsindən azad edib

 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov Azərbaycana qarşı təxribat xarakterli bəyanatlarına görə vəzifəsindən azad edilib.

Tacxeber.com xəbər verir ki, bu barədə MDBMİ-nin rektorluğu məlumat yayıb.

Məlumata görə, dekabrın 16-da Rusiya telekanallarından birinin efirində Hərbi-Siyasi Araşdırmalar Mərkəzində aparıcı ekspert vəzifəsində çalışan M.Aleksandrov iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə xələl gətirib. Rusiyanın qonşu dost dövlətə qarşı siyasətinin məqsəd və vəzifələrini kobud şəkildə təhrif edib.

“Onun bəyanatları əsassız şəkildə aqressivlik və açıq-aşkar qeyri-peşəkarlığını göstərir ki, bu da ictimaiyyətin son dərəcə mənfi reaksiyasına və MDBMİ heyətinin qəzəbinə səbəb olub. Aleksandrov institutun imicinə və maraqlarına ciddi zərbə vurub. Bütün bunları nəzərə alaraq ekspertin vəzifəsinə xitam verilib və o, təhsil ocağından xaric edilib”, – MDBMİ-nin açıqlamasında deyilir.

Tacxeber.com

Oxşar xəbərlər

Hitler pərəstişkarı 4 il müddətinə həbs olundu

redaktor

Bəzi yerlərdə duman olacaq – BU GÜNÜN HAVASI

redaktor

Safari turu zamanı şir avtomobilin salonuna girdi – VİDEO

admin