28 C
Bakı
13 Avqust 2025 20:25
Digər

Kameron “Titanik”də Cekin ölümünü sübut etmək üçün tibbi ekspert tutdu – FOTO/VİDEO

Kameron “Titanik”də Cekin ölümünü sübut etmək üçün tibbi ekspert tutdu - FOTO/VİDEO

 

Dünyaca məşhur rejissor Ceyms Kemeron “Titanik” filmində Cekin ölümünü sübut etmək üçün tibbi ekspertiza tutub.

Rejissor belə qeyri-adi üsulla pərəstişkarları arasında Leonardo Di Kaprionun oynadığı qəhrəmanın sağ qala biləcəyi ilə bağlı uzun illər davam edən mübahisələrə son qoymaq qərarına gəlib.

Kameron həkim-ekspertdən əlavə Di Kaprio və Keyt Uinsletin qəhrəmanları ilə eyni bədən quruluşuna və bədən çəkisinə malik iki kaskadyoru işə cəlb edib.

Cek Dousonun niyə sağ qala bilməyəcəyi ilə bağlı eksperimentin nəticələri Kameronun “National Geographic” üçün “Titanik” filminin çəkilişləri ilə bağlı sənədli filmində görmək olar.

Rejissorun özü filmin təqdimatından əvvəl kino qəhrəmanının sağ qalmaq üçün heç bir şansının olmadığını deyir.

“Təcrübənin nəticələrinə görə, məlum oldu ki, yalnız bir nəfər sağ qala bilər”, – deyə Kemeron bildirib.

Oxşar xəbərlər

Nazirlərin adından yayılan xəbərlər “deep fake”dir – MEDİA

redaktor

Brejnevin qızı ilə gəzən qaraçı – General Çurbanov bu macəraya görə Buryatsedən qisas alıb

redaktor

Musmula (Yapon əzgili) yarpağının orqanizmə inanılmaz faydaları

redaktor