28 C
Bakı
13 Avqust 2025 20:21
Dünya

İsveçdə zooparkdan qaçan şimpanzeləri güllələdilər – FOTO/VİDEO

İsveçdə zooparkdan qaçan şimpanzeləri güllələdilər - FOTO/VİDEO

 

İsveçdə Furuvik zooparkından qaçan 4 şimpanze güllələnib.

Bu barədə zooparkın direktoru Sandra Uilke xəbər verib.

Onun sözlərinə görə, meymunlar həm parkda, həm də parkdan kənarda insanlar üçün ciddi təhlükə yarada bilərdi.

“Meymunlarımız çölə çıxa bilirlər. Onda bu kritik vəziyyətdir və sonra öldürmək məqsədiylə güllələməkdən başqa çarə qalmır… Baş verənlər faciədir. Bütün bu vəziyyət bizi son dərəcə kədərləndirdi və bu, bizim tərəfimizdən ciddi uğursuzluqdur”, – deyə Uilke bildirib.

Hazırda zooparkda üç şimpanzenin qaldığı bildirilir.

Oxşar xəbərlər

Ayxan Hacızadə “Əl-Cəzirə” telekanalına Qarabağdakı vəziyyətlə bağlı müsahibə verib – VİDEO

redaktor

Kadırov iğtişaşlara münasibət bildirdi

admin

Rusiyada azərbaycanlıların da yoluxduqları ölümcül xəstəliyin ocağı lokallaşdırıldı

redaktor