Cəmiyyət

Ermənilər də Kəlbəcər yolunu bağladılar

 

Ermənilər Ağdərə-Kəlbəcər yolunu bağlayıblar.

Tacxeber.com xəbər verir ki, bu barədə məlumatı erməni jurnalist Qaqik Arutyunyan öz “Facebook” səhifəsində yazıb.

Erməni jurnalist yazıb ki, Ağdərədə yaşayan bir qrup erməni Ağdamdan Kəlbəcərə gedən avtomobil yolunu bağlayıblar.

Xatırladaq ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

Sözügedən aksiyanın altıncı günü tamamlanmaqdadır və hazırda da davam edir.

Tacxeber.com

Oxşar xəbərlər

“DADAŞ N.” MMC-də Qanunsuz Əməl: İşçilərin Haqları Pozulur – ŞİKAYƏT!

admin

Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi

redaktor

Bakıda işlədiyi uşaq evindən oğurluq edən qadın saxlanılıb

redaktor