21 C
Bakı
21 İyun 2025 21:48
Gündəmİdman

“Dünya çempionatının finalı ərəfəsində Fransa yığması qripə yoluxub” – Didye Deşam

 

“Burada daima kondisionerlər işləyir. Bizim bəzi oyunçularımızda qrip əlamətləri var. Virusun yayılmaması üçün hər şeyi edəcəyik…”

Kərim Benzema final oyununda iştirak edəcəkmi ?..

Futbol üzrə Fransa yığma komandasının bir neçə oyunçusu Qətərdə dünya çempionatında qripə yoluxub.

Bubarədə Fransa yığma komandasının baş məşqçisi Didye Deşam məlumat verib. Məlumatı SİTA agentliyi yayıb.

Çərşənbə günü Fransa yığması yarımfinal oyununda Mərakeş komandası üzərində 2:0 hesabı ilə qalib gələrək dünya çempionatının finalına çıxıb.

Xəstəlik səbəbindən Fransa yığmasının yarımmüdafiəçisi Adriyen Rabyo oyunu buraxmalı olub.

“Burada daima kondisnerlər işləyir. Bizim bir neçə oyunçumuzda qrip əlamətləri var. Virusun yayılmaması üçün hər şeyi edəcəyik”, – Deşam deyib.

Fransa yığmasının baş məşqçisi “Qızıl top” mükafatçısı Kərim Benzemanın final oyununda mümkün iştirakı barədə suala cavab verməkdən imtina edib.

Forvard dünya çempionatına daxildir. Lakin turnir başlamazdan öncə travma səbəbindən komandanı tərk edib.

Benzema məşqlərini İspaniyanın “Real” komandasında bərpa edib.

“Mən bu suala cavab vermək istəmirəm”,- Deşam deyib. (Moderator)

Dekabrın 18-də baş tutacaq final oyununda Fransa yığması Argentina komandası ilə görüşəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Tacxeber.com

Oxşar xəbərlər

AP Azərbaycana sanksiyalar tələb etdi – Qətnamə

admin

Müharibə iştirakçısını narkotiknən görün necə öldürüblər / NARKOMAN ANASI OD PÜSKÜRDÜ -VİDEO

admin

Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir

admin