Dünya

Ukraynadan dünya ölkələrinə ixrac olunan taxılın miqdarı 14 milyon tonu keçib

Ukraynadan dünya ölkələrinə ixrac olunan taxılın miqdarı 14 milyon tonu keçib

 

“İndiyədək Ukraynadan dünya ölkələrinə ixrac olunan taxıl miqdarı 14 milyon tonu keçib”.

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ukraynadan taxılın ixracı davam edir: “Bu günə kimi taxıl yüklü 556 gəmi Ukrayna limanlarından çıxıb. 560 gəmi isə çatdırılması üçün Ukrayna limanlarına gedib”.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

Oktyabrın 29-da Rusiya hakimiyyəti Sevastopolda Qara dəniz donanmasına “hücum” iddiası ilə “taxıl sazişi”ndən çıxdığını elan etmişdi.

Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi”nin bərpa olunduğunu bəyan edib və Türkiyənin Rusiya ilə danışıqları nəticəsində yenidən Ukraynanın ixracı sabitləşib.

Tacxeber.com

Oxşar xəbərlər

Sankt-Peterburq hakimiyyəti miqrantlara kuryer işləməyi qadağan edib

redaktor

Tacikistanda sosial şəbəkələrdə “layk” edənlərə qarşı cinayət məsuliyyəti ləğv edilib

admin

Dünyanın donuz böyrəyi olan ilk insanı öldü

admin