GündəmSiyasət

Oruc Zalovun yerinə təyin edilən general-mayorla bağlı MARAQLI MƏLUMATLAR

Oruc Zalovun yerinə təyin edilən general-mayorla bağlı MARAQLI MƏLUMATLAR

 

Bu gün general-mayor Oqtay Kərimov daxili işlər naziri Vilayət Eyvazovun müavini təyin edilib.

Tacxeber.com xəbər verir ki, o, yeni vəzifədə 70 yaşı tamam olan general-leytenant Oruc Zalovu əvəz edib.

Oqtay Kərimov daha əvvəl Daxili Qoşunlarda Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb. O, daha sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. Az sonra isə O.Kərimov həmin idarənin rəisi təyin edilib.

Oqtay Kərimov 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2018-ci ildə isə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Şoyqu əmr verdi: Rus qoşunları çəkilir

admin

Finlandiya bu tarixdə Rusiya ilə sərhədləri bağlayacaq.

admin

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

redaktor