12 C
Bakı
29 Mart 2026 02:58
Gündəm

“Bakı Xankəndidə bu prosesə start verir” – Korotçenko

“Bakı Xankəndidə bu prosesə start verir” - Korotçenko

 

Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin dəqiq sayını və onların statusunu müəyyən etmək üçün Azərbaycan Statistika Komitəsi və DİN orqanları 2023-cü ildə orada siyahıyaalınma həyata keçirməlidir.

Tacxeber.comxəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

“Bakı bu əraziləri və orada yaşayanları Azərbaycan hüquq məkanına inteqrasiya edəndən sonra erməniləri sorğuya almalıdır. Onların qarşısına iki seçim qoyulmalıdır: ya Azərbaycan vətəndaşlığı almalı, ya da bölgəni tərk edərək İrəvan, Marsel, San-Fransiskoya getməlidirlər”, – Korotçenko bildirib.

Korotçenkonun sözlərinə görə, Qarabağ iqtisadi rayonu ərazisində faydalı qazıntıların çıxarılması və hər hansı digər sahibkarlıq fəaliyyəti yalnız müstəsna olaraq Azərbaycanın hüququdur.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər azərbaycanlı jurnalistlərə əl sallayır – Video

redaktor

Ermənistandan növbəti vandallıq: İrəvanda Azərbaycan bayrağı yandırılıb- FOTO – VİDEO

redaktor

“Onu ABŞ-dan gətirmək bu qədərmi çətindir?” – Milli Məclisdə kimin həbsi tələb olundu?

redaktor