10 C
Bakı
27 Mart 2026 13:01
Cəmiyyət

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib

 

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Tacxeber.com Komitəyə istinadən xəbər verir ki, Tehran-Bakı aviareysi ilə gələn İran vətəndaşına aid çamadanlar rentgen qurğusundan keçirilərkən monitorda şübhəli əşyaların təsviri müşahidə olunub. Bundan sonra sərnişin yoxlama otağına dəvət edilib, gömrük baxışı zamanı ona məxsus baqaj yüklərindəki geyim əşyalarının – şalvar və pencəklərin, hətta alt geyimlərinin, corabların içərisində 295 konvalyut, 169 ampul, 6 blister, 17 flakon, 10 ədəd maz şəklində olmaqla 77 adda müxtəlif növ dərman preparatları aşkar edilib. Aşkar edilən dərman preparatları arasında ölkə ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin 3-cü siyahısına aid “Alprozolam”, “Oxazepam”, “Clonezepam” “Alprokim” adlı dərman vasitələrinin də olduğu müəyyənləşdirilib.

Hazırda faktla bağlı araşdıma aparılır

“Göründüyü kimi, antisanitar şəraitdə, hətta bəzi hallarda şəxsi istifadə adı altında psixotrop dərman preparatlarının ölkəmizə gətirilməsinə cəhd göstərilir ki, bu da “Dərman vasitələri haqqında” Qanunun və digər qanunvericilik aktlarının kobud şəkildə pozulması ilə yanaşı, ölkə əhalisinin sağlamlığına ciddi təhdiddir”, – deyə Komitə bəyan edib.

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib

Oxşar xəbərlər

Azərbaycan 2035-ci ilə qədər binalarda qazla işləyən avadanlıqlardan imtina edəcək

redaktor

2024-cü ilin rəngi açıqlandı – FOTO

redaktor

Sonuncu uçuşları idi, hüquqşünas kimi işə başlayacaqdı – Hökumə haqda bilmədiklərimiz (FOTOLAR)

redaktor