10 C
Bakı
30 Mart 2026 06:53
Cəmiyyət

Azərbaycanda sərnişindaşıma 36 % artıb

Azərbaycanda sərnişindaşıma 36 % artıb

 

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,9 % və 35,5 % çox olub.

Tacxeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 11 ay ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 197,3 milyon ton yük daşıyıb. Yüklərin 57,4 %-i avtomobil nəqliyyatı, 30,3 %-i isə boru kəməri, 8,6 %-ı dəmir yolu, 3,5 %-i dəniz, 0,2 %-i hava ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 12,5 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,1 % təşkil edib..

Hesabat dövründə nəqliyyatçılar 1 466,2 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,8 %-i avtomobil, 12,8 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Oxşar xəbərlər

Bakıda gizli təşkilat ifşa oldu: Sabiq diplomat həbs olundu

redaktor

FHN-nin intim videosu yayılan qadın əməkdaşı intihara cəhd etdi – “Uşağını əlindən alıblar…” – FOTO

admin

Ev alarkən diqqətli olun – Belə aldadıla bilərsiniz

redaktor