Dünya

Almaniya kansleri: “Putin müharibəyə son qoymalıdır”

Almaniya kansleri: "Putin müharibəyə son qoymalıdır"

 

“Rusiya Prezidenti Vladimir Putin müharibəyə son qoymalıdır”.

Tacxeber.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Almaniya kasnleri Olaf Şolts deyib.

O bildirib ki, Ukraynadakı işğalçı müharibəyə son qoyulması üçün V.Putinlə danışıqlara ehtiyac var.

Kanslerin sözlərinə görə, Almaniyanın məqsədi Rusiyanın işğalçı müharibəsini dayandırmaq, Ukraynanın ərazi bütövlüyünü qorumaqdır: “Bu isə danışıqlar tələb edir”.

O.Şolts vurğulayıb ki, Rusiya vəziyyətin belə davam edə bilməyəcəyini etiraf etməlidir: “Putin müharibəni dayandırmalı, qoşunları çıxarmalı və bununla da qarşılıqlı anlaşma üçün fürsət yaratmalıdır. Mesaj yalnız belə ola bilər: Putin, bu müharibəni bitir”.

Xatırladaq ki, daha əvvəl O.Şolts V.Putinlə telefon danışığı zamanı Kreml rəhbərini qoşunlarını Ukraynadan çıxarmağa çağırmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

“Ziyalılar heç vaxt qoyun sürüsü ilə birgə eyni quyudan su içməz…”

redaktor

Putin atəşkəsə razılıq verdi

redaktor

Robot Hamilədir

admin