Gündəm

Xameneinin bacısı oğlu: “Dayımın ölümü ilə sistem dağılacaq” – FOTO

 

İranın ali dini rəhbəri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani molla rejimi haqqında sərt ifadələr səsləndirib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Əli Xameneinin başçılıq etdiyi rejim 40 ildən çoxdur ki, demokratiya, insan haqları və qadın hüquqlarına qarşı çıxır. İran rəhbərinin ölümü ilə hakim sistem dağılacaq. Hakimiyyət daxilində də Xameneinin siyasəti ilə razılaşmayan şəxslər var, ancaq onların fikirlərini ifadə etmək imkanları yoxdur”, – deyə o bildirib.

Fransada yaşayan Mahmud Muradxani anasının və bacısının 2009-cu ildən bəri Əli Xamenei ilə əlaqələrini kəsdiklərini deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın Ukrayna müharibədə ən böyük itkisi…

admin

Daha o qədər də olmaz dediyiniz hərşey oldu bu ölkədə.

admin

Bulyonla yeməyə ləzzət deyil, zəhər qatırıq – XƏBƏRDARLIQ

redaktor