28 C
Bakı
11 Avqust 2025 20:34
Dünya

Türkiyə təbii qaz qiymətini müəyyən edən beynəlxalq mərkəzə çevriləcək – Ərdoğan

 

 

“Türkiyə ən qısa zamanda dünyanın təbii qaz qiymətlərini müəyyən edən beynəlxalq mərkəzə çevrilməyi planlaşdırır”.

Tacxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul yaxınlığındakı Silivri yeraltı qaz anbarının yeni tutumlarının istifadəyə verilməsi mərasimində deyib:

“Biz Putinlə (Türkiyə ərazisində qaz qovşağının yaradılması məsələsi ilə bağlı – red.) danışıqlar apardıq. Trakya enerji mərkəzinə çevriləcək. Məqsədimiz ən qısa zamanda ölkəmizi dünyanın təbii qaz qiymətlərini müəyyən edən beynəlxalq mərkəzə çevirməkdir. Strategiyamız 2053-cü ildə enerji məsələsində xaricə bağlılığı 71 faizdən 13 faizə endirməkdir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin qaz qovşağı ilə bağlı açıqlamasında deyib ki, Türkiyənin təbii qaz infrastrukturu mühüm potensiala malikdir. Putin bəyan edib ki, avropalı istehlakçılar üçün təbii qazın qiyməti böyük ölçüdə mərkəzdə – Türkiyədə müəyyən olunacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Şahin Şıxlinski polisə özü təslim olub

admin

ABŞ Ukraynadakı AES-i nəzarətə götürmək istəyir

redaktor

Həmsərhəd ölkələrdə yayılan təhlükə: Donuz qripi Azərbaycana da keçə bilər – VİDEO

redaktor