28 C
Bakı
11 Avqust 2025 19:30
İdman

Qurban Qurbanovun oğlu ilə bağlı “Qarabağ”a Polşa klubundan təklif gəlib ? – Açıqlama

"Qarabağ"a Polşa klubundan təklif gəlib? - Açıqlama

 

Polşa mətbuatı bu ölkənin “Poqon” klubunun “Qarabağ”ın futbolçusu Musa Qurbanlı ilə maraqlanması haqda məlumatlar yayıb.

 

İddiaya görə, yüksək liqa təmsilçisi 20 yaşlı hücumçunun keçidi üçün “Qarabağ”a 350 min avro ödəməyə hazırdır.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a verdiyi açıqlamada deyib ki, futbolçuya görə onlara hər hansı rəsmi təklif gəlməyib:

“Heç bir futbolçumuzla bağlı hər hansı klubdan rəsmi təklif almamışıq. Bu, Polşa mətbuatının yaydığı informasiyadır.  Rəsmi təklif olmadığı halda bu haqda danışmaq peşəkarlığa sığmaz”.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olan forvardın Ağdam klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm Azərbaycan kuboku da daxil olmaqla 15 oyunda 13 qol vurub.

Tacxeber.com

Oxşar xəbərlər

“Günahkar axtarırsınızsa, bu məsuliyyəti daşımağa hazıram” – Mahir Emreli

redaktor

İki qadın şahmatçımız Avropa çempionatında medal qazandı

redaktor

Abasovun “Neftçi”dəki maaşı bəlli oldu — MƏBLƏĞ

redaktor