25 C
Bakı
11 Avqust 2025 09:15
Dünya

Paşinyan Laçın yolu ilə bağlı hər yerə zəng edir

Paşinyan Laçın yolu ilə bağlı hər yerə zəng edir

 

Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” fraksiyasının üzvləri ilə qapalı iclas keçirib.

Tacxeber.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, qapalı iclasda Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası və Laçın yolunda hərəkətin məhdudlaşması məsələsi müzakirə edilib.

Müzakirədə Laçın yolunun nə zaman açılacağı haqda fikir bildirilməyib.

Paşinyan deputatlara deyib ki, o, müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla əlaqə saxlayır, lakin onların heç biri Laçın yolunun açılmasına zəmanət vermir. Rusiyanın vasitəçiliyinə gəlincə, Paşinyan da bu hissə ilə bağlı konkret heç nə deməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Kurskda hücuma keçdi: Şiddətli döyüşlər gedir.

admin

Azərbaycanla İran arasında razılıq əldə olunub

redaktor

Ana südünün sosial şəbəkələrdə satışı qadağan edildi.

admin