30 C
Bakı
10 Avqust 2025 21:18
Siyasət

Laçın yolunda dövlətimizin nəzarət keçid məntəqələri yaradılmalıdır – Azər Badamov

 

“Artıq 5-ci gündür ki, QHT nümayəndələri və müxtəlif sahələri əhatə edən insanlar etiraz edərək, qanunsuz əməllər üçün istifadə olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə son qoyulmasını tələb edirlər. Azərbaycan öz ərazilərinə nəzarət edir və bərpa işləri aparır”.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, Qarabağda erməni əsilli vətəndaşlarımızın yaşadıqları ərazilərdə olan sülhməramlıların ermənilərin özbaşınalıqlarına göz yumduqlarını müşahidə edərək səsimizi çıxarmaya bilmərik: “10 noyabr bəyannaməsinin bəndləri yerinə yetirlimir. Beynəlxlaq icitmaiyyətin bu məsələyə birtərəfli yanaşması, Ermənistanı ruhlandırır və erməniləri yeni cinayətə sövq edir. Laçın yolunda dövlətimizin nəzarət keçid məntəqələri yaradılmalıdır. Xankəndidə yaşayan erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsinin vaxtı gəlib çatıb”.

Tacxeber.com

Oxşar xəbərlər

Putinin təcili səfəri: Peskov inkar etsə də, şübhələr artır

admin

Bakıya növbəti ağıl vermə cəhdi: “Əgər bütün Azərbaycan İsrailin aeroportu olarsa…“

redaktor

İran səfiri Azərbaycan XİN-ə çağırıldı

redaktor